Google Analitik Azərbaycanın ərazi bütövlüyünü tanıyır "Ağıllı” televizor peyda olub
..
Google Analitik Azərbaycanın ərazi bütövlüyünü tanıyır
Cahid İsmayıloğlu: "Saytdakı yeganə nöqsan Xankəndinin Stepanakert adlandırılmasıdır ki, artıq bununla bağlı Google rəsmilərinə müraciət hazırlanır”
Google-analitik saytının rəsmi statistikasına görə, İctimai Televiziyanın saytına daha çox Bakıda baxılsa da 2-ci yerdə işğal altında olan Azərbaycan torpaqlarında məskunlaşdırılan ermənilər durur. İnformasiya texnologiyaları üzrə ekspert Cahid İsmayıloğlu bildirib ki, bunu Google Analitik sistemində açıq-aşkar görmək mümkündür. Bakıdan sonra ən çox sayta Xankəndindən daxil olurlar.
"Yeganə nöqsan Xankəndinin Stepanakert adlandırılmasıdır ki, artıq bununla bağlı sayt rəsmilərinə müraciət hazırlanır. Ümid edirəm ki, bundan sonra o adın Xankəndi kimi dəyişdirilməsinə nail olacağıq. Çünki Xankəndi Azərbaycanın bir şəhəri kimi Google tərəfindən tanınmaqdadır” - Cahid İsmayıloğlu vurğulayıb.
"Ağıllı” televizor peyda olub İkiölçülü təsviri üç ölçülü edən yeni model çıxıb, videotelefon kimi də istifadə oluna bilər
Yaponiyanın elektronika istehsalçısı "Toshiba” şirkəti adi 2D-siqnalı üçölçülü təsvirə konversiya etmək imkanına malik "smart”, yəni "ağıllı” televizor təqdim edib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin verdiyi məlumata görə, LED-televizorları real yayımda istənilən ikiölçülü təsvirlə işləyə və siqnalı üçölçülü təsvirə konversiya edə bilir. Bu istər film, idman yayımı, istərsə də televiziya verilişi ola bilər. "Toshiba”nın Amerika ofisinin vitse-prezidenti Skott Ramirez bildirib ki, bu gün kütləvi bazarda bu cür texnologiya mövcud deyil, bu, tam yeni televizordur. Yeni televizorlar hazırda istifadədə olan orta statistik televizor prosessorundan 143 dəfə daha güclü "Cell” prosessoru ilə təchiz olunub. Məhz "Cell” prosessorunun hesabına yeni işləmə verilənləri canlı rejimdə emal edə bilir.
"Toshiba ZX900 Cell TV” televizorları 55 və 65 düym diaqonallı ekran variantlarında təchiz olunacaq. Onun satışa çıxarılması cari ilin ortalarına nəzərdə tutulub, qiyməti hələ açıqlanmır. 3D rejimdə işləmək imkanından əlavə, "ZX900 Cell TV” həmçinin "Netfix” və "Pandora” video-servislərini dəstəkləməklə internetdən təsvir qəbul edə bilir. Bundan əlavə, "Toshiba”nın yeni məhsulu videotelefon kimi də istifadə oluna bilər. Bunun üçün qiyməti elədə baha olmayan veb-kamera satılacaq.
|